Təhsil Nazirliyinin “Qaynar xətt “i fəaliyyətdədir . Nazirlikdən Lent.az-a verilən məlumata görə, ilk peşə-ixtisas məktəbləri üzrə 1 şikayət qəbul edilib. Bu şikayət 12 saylı Bakı Peşə Məktəbi ilə bağlı olub. Şikayət araşdırılaraq müvafiq qaydada həllini tapıb.
Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilən 19 şikayət xarakterli müraciətin 14-ü dövlət, 2-si isə özəl ali təhsil müəssisələrindən olub. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib.
Orta ixtisas təhsili müəssisələri üzrə daxil olmuş 3 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlıdır. Həmin müraciətlər araşdırılıb və müvafiq qaydada cavablandırılıb. Müraciətlərdən biri üzrə araşdırmanın nəticəsinə görə Bakı Neft-Energetika Kollecinin 1 müəlliminə xəbərdarlıq çatdırılıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.