“Qarabağ” APOEL-lə bu stadionda görüşəcək
01 avqust 2019 12:12 (UTC +04:00)

“Qarabağ” APOEL-lə bu stadionda görüşəcək

0
 
 
Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti oyunlarının vaxtı və saatı açıqlanıb.
 
APA-nın məlumatına görə, Azərbaycan çempionu III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə ilk matçına avqustun 6-da çıxacaq. 
 
Nikosiyada təşkil ediləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 
 
Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakıda baş tutacaq. Oyun ilk 2 mərhələdə olduğu kimi, “Dalğa Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:30-da veriləcək. 
 
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Albaniya “Partizani”sinə, ardınca İrlandiya “Dandolk”una qalib gəlib. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 897

Oxşar yazılar