Bu gün futbol üzrə Azərbaycan Kuboku yarışının final görüşündən əvvəl “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında toqquşma olub. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Tofiq Bəhramov adına stadionun qarşısında hər iki komandanın 100-ə yaxın azarkeşi üz-üzə gəlib. Azarkeşlər bir-birlərinə butulka, daş-kəsək atıblar. Polis onları ayırıb.
Azarkeşlər tribunalarda yerləşdikdən sonra bir-birlərinin ünvanına nalayiq şüarlar səsləndirməkdə davam ediblər.