Sentyabrın 23-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində yol qəzasına düşmüş piyada xəstəxanada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin gün saat 10:15 radələrində, A.Nemətulla küçəsində Bakı şəhər sakini Şirin Əliyev idarə etdiyi «Mitsubishi» markalı avtomaşınla Kamil Rəhimlini vurub.Ş.əliyev xəsarətlə 3 saylı ŞKX-ya daxil olub və sentyabrın 25-də orada ölüb.
Faktla əlaqədar araşdırmalar aparılır.