“Milli Ön”dən oğurluq edən şəxs tutulub
25 iyul 2015 18:00 (UTC +04:00)

“Milli Ön”dən oğurluq edən şəxs tutulub

0

Bakıda “Milli Ön” ödəmə terminalından pul oğurlayan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Qaradağ rayonu ərazisində oğurluq etdiklərinə görə tutulmuş Amid Əliyevin, Nihad Bağıyevin və Elmar Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onların, iyunun 30-da Suraxanı rayon ərazisində, Rafiq Ağayevə məxsus mağazada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1199 manat oğurlamaları da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar