“Mercedes” “Ford”a çırpıldı, sərnişin öldü
Sentyabrın 13-də saat 12 radələrində Pirallahı rayonunun Gürgan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini M.Misirovun idarə etdiyi “Ford Karqo” markalı avtomobilə vurub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə E.Abbasovun sərnişini Fuad Məcnunov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.
Pirallahı rayon Polis Şöbəsində araşdırma aparılır.
570