“Göbələk” restoranında kütləvi dava: ağır yaralılar var
21 may 2013 10:40 (UTC +04:00)

“Göbələk” restoranında kütləvi dava: ağır yaralılar var

 

Mayın 20-də Lənkəran şəhərində kütləvi dava-dalaş olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Lənkəran şəhərindəki “Göbələk” restoranında bir qrup şəxs arasında dava düşüb. Dava zamanı 2 nəfər: Zərdab rayon sakini 1990-cı il təvəllüdlü İsayev Ramin Nadir oğlu və Salyan sakini 1991-ci il təvəllüdlü Zülfüqarov Cavad Cəlal oğlu bıçaqlanıblar. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. araşdırmalar nəticəsində davada iştirak etmiş şəxslərdən biri – Lənkəran sakini Hüseynzadə Aqil Aydın oğlu müəyyən edilib. Hazırda kütləvi davada iştirak etmiş digər şəxslərin yaxalanması istiqamətində iş aparılır.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4142
avatar

Nizam Rza

Oxşar yazılar