Şimali Kaliforniyada 911 xidmətinin dispetçeri "Facebook” sosial şəbəkəsindən hündürlükdən yıxılma nəticəsində ağır zədələnən turistin yerini müəyyənləşdirmək üçün istifadə edib.
Turist Rayn Pritçard oğulu ilə birlikdə səyahətə çıxıb. Məlumata görə, R.Pritçardın ayağı büdrəyib və 45 metr hündürlükdə sıldırım qayadan yıxılıb.
Onun 11 yaşlı oğlu 911 xidmətinə zəng etsə də, olduqları yer barədə məlumat verməzdən əvvəl rabitə əlaqəsi kəsilib. Zərərçəkmişin yerini müəyyənləşdirmək üçün xidmət əməkdaşı turistin “Facebook” səhifəsinə daxil olub və oradakı son xəbərdə faciənin baş verdiyi yerin yaxınlığında çəkilən fotoşəkili görüb.
Sosial şəbəkədəki bu məlumat xilasedicilərə qısa müddətə zərərçəkmiş turisti tapmağa kömək edib, - "ICTnews" Qazeta.ru-ya istinadən yazır.

“Facebook” insan həyatını xilas etdi
Oxşar yazılar

Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50