Azərbaycanın “Diffamasiya haqqında” qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasının oktyabrın 11-12-də keçiriləcək 96-cı plenar sessiyasında müzakirə olunacaq.
APA-nın xəbərinə görə, oktyabrın 11-də komissiyanın ekspertlərinin bu qanun layihəsi haqda hazırladıqları rəy Azərbaycan nümayəndələri ilə müzakirə ediləcək.
Sessiyanın gedişində Rusiya, Gürcüstan, Ukrayna, Monteneqro və Bosniya-Herseqovinanın qanun layihələri də müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, “Diffamasiya haqqında” qanun layihəsi Azərbaycan Milli Məclisinin payız sessiyasının gündəminə daxil edilib.