Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin aparıcı rəislərindən biri işdən çıxarılıb. Lent.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisi deyib ki, “Azəriqaz” İstehsalat Birliyinin “İTRON” sayğaclara nəzarət şöbəsinin rəisi, qrup rəhbəri Fərid Mustafazadə işdən azad edilib. Onun işdən azad olunması səbəbləri açıqlanmır. F.Mustafazadə “ASAN Xidmət”də işlə təmin edilib. O, qaz sənədlərinin hazırlanması ilə məşğul olacaq. Belə ki, abonentə arayış və itmiş kartların yenilənməsi ilə məşğul olan şöbədə çalışacaq.
Qeyd edək ki, Lökbatan qəsəbəsində baş vermiş məlum kütləvi zəhərlənmə hadisəsindən sonra “Azəriqaz”da kadr islahatlarına başlanılıb. Bunun olayla əlaqəli olub-olmadığı açıqlanmasa da “Azəriqaz”da ciddi kadr dəyişikliklərinin baş verəcəyi gözlənilir.
“Azəriqaz”ın şöbə rəisi işdən çıxarılıb
2110