
“Azəriqaz”dan Sumqayıtdakı partlayışla bağlı açıqlama
0
0
“Azəriqaz” İstehsalat Birliyi Sumqayıtda qaz sızması nəticəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Birlikdən APA-ya verilən məlumata görə, bu gün saat 17:00 radələrində Sumqayıt Qaz İstismarı İdarəsinin xidmət sahəsinə aid olan 1-ci mikrorayon, bina 128/34 ünvanında qaz sızması barədə məlumat daxil olub.
Qəza Dispetçer Xidmətinin əməkdaşları – bir nəfər qaynaqçı və bir nəfər mühəndis həmin ünvana baş çəkiblər. Təhlükəsizlik qaydalarına əməl olunmaqla bina xaricindən qaz təchizatı dayandırılıb. Lakin 5-ci mərtəbədə yığılıb qalan qaz kütləsinin çıxış imkanları məhdud olduğundan kiçik partlayış qeydə alınıb.
Partlayışa səbəb isə sakinlər tərəfindən pəncərələrin və dama çıxışda yerləşən pilləkən qəfəsinin olduqca kip şəkildə bağlanılmasıdır. Bu isə havalanmaya ciddi mane yaradıb, yuxarı – sonuncu mərtəbəyə yığılan qaz kütləsi binadan xaricə çıxmayıb.
Hadisə zamanı “Azəriqaz” İstehsalat Birliyinin 2 əməkdaşı – qaynaqçı və mühəndis yüngül yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır.
0
0
Oxşar yazılar

Bakıda toyda rəqs edən oğlan QƏFİL ÖLDÜ
4 sentyabr 2025 , 19:53
Aytac əri ilə dalaşandan sonra zəhər içib - RƏSMİ
4 sentyabr 2025 , 19:25
Şəmkirdə ŞOK OLAY: kənd camaatı ağacın altından meyit tapdı
4 sentyabr 2025 , 19:09
Cəlilabadda ağır qəza: 8 nəfər yaralandı
4 sentyabr 2025 , 17:58
Toxuculuq kombinatında FACİƏ: gənc qız barmaqlarını itirdi
4 sentyabr 2025 , 17:39
Xırdalanda keçmiş məhkumun meyiti tapıldı
4 sentyabr 2025 , 16:40
Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
4 sentyabr 2025 , 16:06