“Azadlıq” radiosunun Bakı ofisi möhürləndi - YENİLƏNİB
26 dekabr 2014 18:10 (UTC +04:00)

“Azadlıq” radiosunun Bakı ofisi möhürləndi - YENİLƏNİB

0
 "Azadlıq" radiosunun Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib.

 

Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, ofisin möhürlənməsi barədə hər hansı səbəb göstərilməyib.

 

Qeyd edək ki, bu gün saat 10:30 radələrində Baş prokurorluğun əməkdaşları ofisdə axtarışda başlayıblar.

 

 

*****

 

12:32

 

 

Dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəlib.

Lent.az-ın "Media forum" saytına istinadən xəbərinə görə, prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir.

“Azadlıq” radiosunun Bakı ofisində aparılan axtarış-götürmə əməliyyatının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar