Prezident İlham Əliyev “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, indiyə qədər “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsini və ya satılmasını və onlara texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisidlərin, aqrokimyəvi maddələrin, tinglərin, toxumların, damazlıq heyvanların satılmasını həyata keçirib.
Dəyişiklik “Aqrolizinq” ASC-nin satışını həyata keçirdiyi tinglər və toxumları əhatə edir. “Aqrolizinq” ASC bundan sonra yalnız genetik modifikasiya olunmamış tinglərin və toxumların satılmasını həyata keçirəcək.