“APA Holdinq” APA adından sui-istifadə halları ilə bağlı bəyanat yaydı
11 mart 2015 16:24 (UTC +04:00)

“APA Holdinq” APA adından sui-istifadə halları ilə bağlı bəyanat yaydı

APA Holdinq” MMC APA adından sui-istifadə halları ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, son vaxtlar “APA Holdinq”ə daxil olan Azəri-Press Agentliyinin  (APA) adından sui-istifadə halları ilə bağlı məlumatlar var.

 

Araşdırmalar nəticəsində məlum olub ki, apanews.info adı ilə qeydiyyatdan keçmiş saytın əməkdaşları dövlət qurumlarına  və iş adamlarına özlərini APA-nın əməkdaşı kimi təqdim edirlər.

 

APA Holdinq” qeyd edir ki, şirkətə apanews.info adlı sayt daxil deyil. Şirkət APAadı ilə müraciət olunan zaman hər kəsdən xidməti vəsiqəni tələb etməyə, ehtiyac yarandığı zaman şirkətlə əlaqə saxlamağa və qanundan kənar tələblər olduqda, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.

 

APA Holdinq” bildirir ki, Azərbaycanda APA brendinin rəsmi patenti bu şirkətə məxsusdur. Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş №2014 1048 nömrəli Əmtəə Nişanı Şəhadətnaməsinə əsasən, 27.06.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmış “APA” nişanı “Azəri Press Agentliyi” nə məxsusdur. Dövlət Komitəsinin 14.04.2014-cü il tarixli qərarı ilə “APA TV” əmtəə nişanın da patentləşdirilməsinə dair № 2014 1046 nömrəli Şəhadətnamə alınıb.

 

Beləliklə, bu ad altında reklam, internet vasitəsilə xəbər portallarına çıxışın təmin olunması xidmətləri, tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman, mədəni-maarif tədbirlərinin təşkili sahələri yalnız "APA Holdiqnq"ə məxsusdur və bu sahələr mühafizə olunan sahələridir. Dövlət Komitəsinin rəsmi sənədindən də aydın olur ki, APA brendinin rəsmi sahibi “APA Holdinq” MMC-dir.

 

Çox təəssüf ki, bir müddət öncə Azərbaycanda milli domen satışı ilə məşğul olan “Network technolog” şirkəti apanews.az və apatv.az domenlərini də şirkətin rəsmi razılığı olmadan başqa şəxslərə satıb. Şirkətin bununla bağlı etiraz məktubundan sonra apanews.az domeni fəaliyyətini dayandırsa da, domenlərin heç biri şirkətə qaytarılmayıb, əskinə apatv.az domeninin istifadə vaxtı “Network technolog” şirkəti tərəfindən uzadılıb.

 

APA Holdinq” məsələni hüquq çərçivəsində həll etməyə qərar verib. Bununla bağlı artıq  Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi məktubla müraciət olunub. Eyni zamanda “Network technolog” şirkətinə xəbərdarlıq məktubu göndərilib. 

 

Yaxın günlərdə isə şirkət apanews.info domeni ilə fəaliyyət göstərən saytın təsisçisi Emil Tahirov, apanews.az domeninin sahibi Əflatun Məmmədov, həmçinin apatv.az domeninin sahibi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

 

"APA Holdinq" öz brendlərini qorumaqda israrlıdır və bunun üçün qanun çərçivəsində lazım olan addımları atmağa davam edəcək. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21