“Alov Qüllələri”ni inşa edən şirkətdən fəhlələrin aksiyasına münasibət- - YENİLƏNİB
26 yanvar 2013 16:38 (UTC +04:00)

“Alov Qüllələri”ni inşa edən şirkətdən fəhlələrin aksiyasına münasibət- - YENİLƏNİB

 

“Alov Qüllələri” binasının tikintisini həyata keçirən “DİA Holdinq” şirkəti fəhlələrin bu gün keçirdikləri etiraz aksiyasına münasibət bildirib. 

“Qafqazinfo”ya şirkətdən daxil olan məlumata görə, fəhlələrin etiraz etdiyi yeməyin keyfiyyətinin pis olması subyektiv səbəbdir: “Holdinqin prezidenti də fəhlələr kimi o yeməyi yeyir. Hər ikisi eyni qazanda hazırlanır. Buna 100 faiz əmin ola bilərsiniz”. 

Şirkətdən bildirilib ki, fəhlələrin maaşlarının gecikməsi DİA Holdinqlə bağlı deyil. Çünki pullar şirkət tərəfindən suppodratçılarına ödənilir və onlar da fəhlələrin maaşını gecikdirib. Artıq DİA holdinq rəhbərliyi suppodratçıları ilə danışaraq onları tənbeh edib. Fəhlələrin pulu ödəniləcək.

 

***

 

13.40

 

 

Şəhidlər Xiyabanının yaxınlığında ucaldılan, hazırda inşası davam edən “Alov Qüllələri”ndə çalışan fəhlələr etiraz aksiyası keçirir. APA-nın məlumatına görə, fəhlələr onlara keyfiyyətsiz yemək verilməsinə etiraz edirlər.

 

Aksiyada təxminən 100-ə qədər fəhlə iştirak edir. Onların sözlərinə görə, son iki gündə fəhlələrə verilən keyfiyyətsiz qidadan bir neçə nəfər zəhərlənərək xəstəxanalara yerləşdirilib. Aksiya iştirakçıları Parlament prospektində nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis tərəfindən alınıb. Hazırda aksiya kompleksin həyətində davam etdirilir. Tikintini həyata keçirən şirkətin rəhbərliyi aksiya iştirakçıları ilə danışığa cəhd edir. Əraziyə əlavə polis qüvvələri göndərilib. Səbayel rayonu 9-cu polis bölməsindən APA-ya faktı təsdiqləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3709
avatar

Oxşar yazılar