Ötən gün Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Tülər kəndində qeydə alınıb.
24 yaşlı Mətləb Mənsimov bir neçə bıçaq xəsarəti ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, Mətləb Mənsimov yeznəsi, əmisi oğlu və həmkəndlisi olan 30 yaşlı Mürvət Mənsimov tərəfindən bıçaqlanıb. Yeznəsinin bacısını döydüyünü eşidən Mürvətlə yeznəsi arasında mübahisə düşüb və nəticədə qanlı hadisə baş verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.