Kafedə qanına qaltan edildi
İyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Göyüşovun vəziyyəti orta-ağır, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb
13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
458