15 kənddə işıq, 11 kənddə qaz yoxdur - <span style="color:red;">İsmayıllıda sel fəlakəti
13 iyun 2016 18:34 (UTC +04:00)

15 kənddə işıq, 11 kənddə qaz yoxdur - İsmayıllıda sel fəlakəti

0

 

İsmayıllıda təbii fəlakətin rayona vurduğu ziyanla bağlı ilkin məlumat açıqlanıb.

 

Lent.az-ın məlumatına görə, güclü selin yaratdığı təbii fəlakətin nəticələri aradan qaldırılır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verlişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində kəndlərə qaz verilişi dayanıb. Hazırda həmin kəndlərin elektrik enerjisi və təbii qazla təminatı üçün tədbirlər davam etdirilir. Qarakolluq kəndində 4,  Kürdmaşı kəndində 3 körpü və kəndarası yollar dağılıb. Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, sel suları nəticəsində mal-qara tələfatı var.

 

İlkin hesablamalara görə, rayonda ümumilikdə 500 hektar taxıl sahəsi, 50 hektar sahədə tərəvəz və bostan məhsulları, 30-a yaxın iri və xırda buynuzlu heyvan, 30-dan çox arı ailəsi, 2000-dən çox ev quşu  tələf olub.  

 

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. Təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür, sakinlərlə yerlərdə görüşlər keçirilir. Sel sularından ziyan çəkən vətəndaşlara dövlət qurumları ilə yanaşı iş adamları da şəxsi vəsaitləri hesabına maddi yardımlar göstərirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar