Gəncədə "Qaz", Bakıda "Oka" yandı
10 yanvar 2015 10:05 (UTC +04:00)

Gəncədə "Qaz", Bakıda "Oka" yandı

0

Gəncədə “QAZ”, Bakıda “Oka” markalı avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Nizami rayonunda vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin mühərrik hissəsi alovlanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bənzər hadisə Bakı şəhəri, Xəzər rayonunda qeydə alınıb. Vətəndaşa məxsus "OKA" markalı minik avtomobilinin yanar hissələri  yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar