9 hektar biçilmiş taxıl sahəsi yandı
08 avqust 2015 02:40 (UTC +04:00)

9 hektar biçilmiş taxıl sahəsi yandı

0

Ağsuda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu rayonu, Növcü kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha biçilmiş taxıl sahəsi və 360 kv.m sahədə kol-kos yanıb.

 

Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar