9 avtomobili əzən şəxsin kimliyi məlum oldu - <span style="color:red;">VİDEO
02 may 2019 14:55 (UTC +04:00)

9 avtomobili əzən şəxsin kimliyi məlum oldu - VİDEO

Bakıda “Land Cruiser” markalı avtomobillə 9 maşını ziyan vuran şəxslə bağlı yeni məlumat ortaya çıxıb.
 
Lent.az-a bu barədə Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.
 
O bildirib ki, hadisəni həmin binada kirayə yaşayan Sənan Kərimov törədib: “Avtomobil Sənan Kərimova məxsus deyil, xaricdə yaşayan qonşusuna məxsusdur. Ən azı 9 avtomobil sahibinə ziyan dəyib. Hazırda Sənan Kərimov saxlanılıb, tibbi ekspertizadan keçirilib və sərxoş olduğu müəyyən edilib".
 
Onun dediyinə görə, Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262

Oxşar yazılar