Cari ilin ilk 8 ayında paytaxtda baş verən yol qəzalarında 214 nəfər ölüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yanvarın 1-dən avqust ayının 28-dək paytaxtda 646 yol qəzası baş verib. Nəticədə 214 nəfər ölüb, 681 nəfər yaralanıb.