84 yaşlı qadının qatili tapıldı
30 iyun 2016 14:01 (UTC +04:00)

84 yaşlı qadının qatili tapıldı

0

Qubada şübhəli şəxs qismində saxlanılmış şəxsin cinayət əməli üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 27-də Quba RPŞ-yə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini İlham Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini, onu iplə boğaraq öldürüb oradan 103 manat pul aparmasını bildirib.

 

G.Musayevanın meyiti eksqumasiya edilib.

 

İ.Aslanov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar