<span style="color:red;">Bakıda müdhiş cinayət : 80 min manat dəyərində...
19 iyun 2019 11:55 (UTC +04:00)

Bakıda müdhiş cinayət: 80 min manat dəyərində...

0
Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayonun Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparıb.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 581

Oxşar yazılar