
Avtomobil və ev soyğunçuları tutuldu
0
0
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində may-iyul ayları ərzində şəhər ərazisindəki 7 avtomobildən, habelə 2 evdən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
0
0