Bakıda 79 yaşlı qadın mənzilində halsız vəziyyətdə tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda 1935-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb.
O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib