Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakının Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Əliyev Tofiq Məmməd oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Əliyevin vəfat etdiyi müəyyən olunub.
77 yaşlı paytaxt sakininin meyiti mənzilində tapıldı
87