Bakı bulvarında 70 yaşlı kişi intihar məqsədilə özünü dənizə atıb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmir şəhər, M.Əsədov küçəsində yaşayan 1943-cü il təvəllüdlü Yunusov Allahverdi Yunus oğlu özünü dənizə atıb, amma xilas olunub. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, intihara cəhd edən kişi yüksək təzyiq və revmatizmdən əziyyət çəkir. O, məhz xəstəliklərinə görə, həyatına son qoymaq qərarına gəlibmiş.