
70 minlik avtomobil qəza nəticəsində çuxura düşdü, xəsarət alan var - FOTO - VİDEO
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsi ilə hərəkətdə olan "Infiniti" markalı avtomobil dönmə əməliyyatı edərkən Məhsəti Gəncəvi küçəsi ilə gedən "Opel" markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Muradov Namiq Əlifağa oğlu idarəetməni itirərək ona çırpılıb.
Zərbənin təsirindən "Infiniti" maraklı avtomobil yol kənarında qaz borusunun təmiri üçün qazılmış çuxura düşüb. Qəza zamanı N.Muradov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57