70 il əvvəl bu gün...almanların Bakını işğalının qarşısı alındı-Fotolent
Bu gün Qafqaz uğrunda tarixi döyüşdən 70 il keçir.
Lent.az-ın verdiyi məlumata görə, 1942-ci ilin sentyabrından 1943-cü ilin yanvarınadək alman qoşunları Qroznı və Bakının neft yataqlarını tutmağa cəhd göstərib.
Sovet qoşunları Hitler Almaniyasının elitar bölmələrinin hücumlarının qarşısını Malqobek və Mozdok ətrafında dayandırmağı bacarıb. Təkcə Malqobek ətrafındakı döyüşlərdə 20 min sovet əsgəri və zabiti həyatını itirib. Şəhərin qərb hissəsi 14 dəfə bu və digər ordunun nəzarətinə keçib. Malqobeki “Qafqazın Stalinqradı” da adlandırırlar. Məhz bu döyüşdən sonra almanların Bakını işğalının qarşısı alınıb.
Həmin döyüşlərdə həlak olanlar arasında yüzlərlə azərbaycanlı da vardı...