6 otaqlı ev yandı
15 iyul 2018 19:18 (UTC +04:00)

6 otaqlı ev yandı

Xaçmaz rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Naziriyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 24 m² sahədə, mətbəxin, dəhlizin tavanı 27 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın bölmələr tərəfindən söndürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar