4 ağır yol qəzası: <span style="color:red;">6 ölü...
09 avqust 2019 14:54 (UTC +04:00)

4 ağır yol qəzası: 6 ölü...

0
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1251

Oxşar yazılar