“Bu ay ərzində paytaxtda 6 ilan sancma hadisəsi ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub”. Bunu Lent.az-a açıqlamasında stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Baş həkimin müavini onu da vurğulayıb ki, həmin şəxslər xəstəxanalara yerləşdirilib.
Baş həkimin müavini həşərat sancmaların statistikasını da açıqlayıb: “Avqustda Bakıda 21 nəfəri həşərat sancıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Digər 14 nəfərə isə yerində tibbi yardım göstərilib”.