İstirahət günlərinin "yol terroru": <span style="color:red;">6 qəzada 7 nəfər ölüb
03 iyun 2019 16:29 (UTC +04:00)

İstirahət günlərinin "yol terroru": 6 qəzada 7 nəfər ölüb

0
Respublikanın daxili işlər orqanları tərəfindən, iki gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 47 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar