5 min manatlıq qızıl oğurlamış qadın tutuldu
15 iyun 2016 12:39 (UTC +04:00)

5 min manatlıq qızıl oğurlamış qadın tutuldu

0

Xırdalan şəhərində evdən xeyli qızıl oğurlamış qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də Xırdalan şəhərində yaşayan Cəmilə Bayramovanın evindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Sumqayıt şəhər sakini Aidə Ələsgərova tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar