Gəncə sakini külli miqdarda narkotik vasitəni satarkən tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aydın Baladadaşov 5 kiloqram marixuananı satarkən yaxalanıb.
Araşdırma aparılır.