54 yaşlı kişini cərəyan vurdu - Şəkidə
13 sentyabr 2017 09:09 (UTC +04:00)

54 yaşlı kişini cərəyan vurdu - Şəkidə

Şəkidə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 12-də saat 22.00 radələrində Şəki şəhər sakini, 1963-cü il təvəllüdlü Fərahim Sadəddin oğlu Cəbrayılovu şəhərin Nəriman Nərimanov küçəsində 12 saylı məktəbin yaxınlığında elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb. 

# 138
avatar

APA Baycan

Oxşar yazılar