Mayın 20-də Lənkəran şəhərində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Abdullayeva küçəsi ev 4A,mənzil 9-da yaşayan 1960-cı il təvəllüdlü Quliyev T'briz Zakir oğlu özünü öldürüb. O yaşadığı evin həyətində, yardımçı tikilinin tavanındakı şalbandan özünü asaraq intihar edib.
Hadisənin səbəbləri məlum deyil. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.