Hacıqabulda qəza baş verib. APA-nın Mil-Muğan bürosunun qəza yerindən verdiyi məlumatda bildirilir ki, bu gün günorta saatlarında Bakı-Qazax yolununun 90-cı kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində avtomobil qəzası baş verib.
Gəncə sakini Verdiyev Elşən Mirağa oğlunun idarə etdiyi xiyarla yüklənmiş “Ford” markalı 99 CK 028 dövlət nömrə nişanlı yük avtomobili qəzaya uğrayıb.
Yoldan çıxaraq aşan avtomobildə 4 ton xiyar olub.
Qəzaya avtomobilin arxa təkərinin partlaması səbəb olub.
Avtoqəzada xəsarət alan olmasa da, avtomobil sahibinə maddi ziyan dəyib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsində araşdırma aparılır.