Avqustun 30-da Bakı şəhər sakini Samir İsayev Xəzər rayonu Mərdəkan çimərliyində çimərkən boğulub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, S. İsayevin meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.
Daha bir suda boğulma hadisəsi Neftçalada qeydə alınıb. Belə ki, avqustun 30-da Neftçala rayonu Kürkənd kənd sakini Kamran Cəfərov kəndin ərazisindən keçən kanalda çimərkən boğulub. K.Cəfərovun meyiti sudan çıxarılıb.
Avqustun 29-da Xəzər rayonu Şüvəlan çimərliyində suda boğulmuşların şəxsiyyətləri müəyyən edilib. Onlar Bakı şəhər sakinləri Anar Mirzəyev və Rəsul Allahverdiyev olublar.