47 yaşlı iş adamı öz kafesində öldü
26 fevral 2013 11:57 (UTC +04:00)

47 yaşlı iş adamı öz kafesində öldü

 

Fevralın 25-də Abşeron rayonunda kafedə ölüm hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ceyranbatan qəsəbəsində kafe sahibi öz iş yerində qəfil ölüb. Məlumata görə, qəsəbənin 20 Yanvar küçəsində yaşayan 1966-cı il təvəllüdlü İbrahimi Yaşar Əvəz oğlu G.Abdullayev küçəsindəki kafedə, öz otağında stulda oturarkən qəfil yıxılıb. 47 yaşlı kişi hadisə yerində keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

 

Fakt üzrə müvafiq ekspertizalar təyin edilib. Ölümün səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Nizam Rza

Oxşar yazılar