Gəncə sakini bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Şəhərin Məhsəti qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Məmmədov Mətləb Nəsrəddin oğlu müxtəlif bədən xəsarətləri və bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. M. Məmmədovun deməsinə görə, bir neçə nəfər tərəfindən döyülüb və bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.