40 min manatlıq mənimsəmədə təqsirləndirilən şəxs azadlığa buraxıldı
27 sentyabr 2016 14:09 (UTC +04:00)

40 min manatlıq mənimsəmədə təqsirləndirilən şəxs azadlığa buraxıldı

0

 

Bu gün "Qoç ət" MMC-də satış meneceri işləmiş Etibar Aslanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Etibar Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tətbiq edilib. Ona 3 il sınaq müddəti verilib. Etibar Aslanov məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Etibar Aslanov "Qoç Ət" MMC-də satış meneceri olub. O, ümumilikdə MMC-in 40 min manatını mənimsəməkdə təqsirləndirilib. Etibar Aslanov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar