3 maddə ilə axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda tutulub
05 may 2014 13:52 (UTC +04:00)

3 maddə ilə axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda tutulub

0

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Ruslan Şamsudinov saxlanılıb.

 

Saxlanılan şəxsin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu (cinayət hazırlama və cinayətə cəhd), 105-ci (adam öldürmə) və 222-ci (qanunsuz silah əldə etmə, satma, saxlama, daşıma) maddələri üzrə təqsirli bilindiyi açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 888

Oxşar yazılar