38 yaşlı kişi əməliyyat zamanı öldü
09 yanvar 2016 16:58 (UTC +04:00)

38 yaşlı kişi əməliyyat zamanı öldü

Qazaxda ölüm faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax Diaqnostika Mərkəzində qeydə alınıb.

 

Rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Əhmədov sol bazu sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən yaralı xəstəxanada dünyasını dəyişib.

 

Z. Əhmədov iki uşaq atası olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar