2 yaşlı uşaq yanıq xəsarətləri aldı
Sumqayıtda azyaşlı qaynar suyun dağılması nəticəsində xəsarət alıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində yerləşən yataqxanada baş verib.
2 yaşlı Zülfiqarzadə Cəfər Cahid oğlunun yaşadığı mənzildə üzərinə qaynar çay dağılıb.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan C.Zülfiqarzadəyə 2-ci və 3-cü dərəcəli termik yanıq diaqnozu qoyulub.
831