
Xocavənddə 2 ədəd tank əleyhinə mina tapıldı
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Xocavənd rayonu, Ağburun adlanan ərazidə 2 ədəd minanın tapılması barədə məlumat daxil olub. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə TM-57 minası aşkar olunub. Aşkar olunmuş minaların üzərində partladıcısı olduğuna görə, 2019-cu il 16 may tarixində yerində zərərsizləşdirilib.
Minaların ətrafında 210 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 may 2019-cu il tarixlərində 107 siqnal (əməliyyat çağırışı) əsasında 94 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Lənkəran, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 8 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,595 ədəd partlamamış hərbi sursat (PHS), 16,236 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 7 ədəd tank əleyhinə mina və 29 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 121,865 kv.m ərazi yerüstü və 8,292 kv.m ərazi yeraltı yoxlanılıb.
Oxşar yazılar

Məktəblilər gənc oğlanı soyundurub döydülər
4 mart 2025 , 18:05
Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09
İranda kişilərin qarşısında oxuyan qadın müğənni saxlanıldı
4 mart 2025 , 16:09
Bakıda evdə meyit tapıldı
4 mart 2025 , 15:41
Dərsə gedən uşaq itdən qorxub öldü
4 mart 2025 , 15:35
Bakının mərkəzindəki marketdə saxta araqlar aşkarlandı
4 mart 2025 , 15:21