Bakı şəhərində 28 yaşlı qadın özünü yandırıb. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Biləcəri qəsəbəsində kirayədə yaşayan Füzuli rayon sakini, 1985-ci il təvəllüdlü Naibə Sultan qızı İmanova üstünə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan N. İmanovanın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.