24 yaşlı gənc göldə batdı - <span style="color:red;">İsmayillıda
10 iyun 2016 21:49 (UTC +04:00)

24 yaşlı gənc göldə batdı - İsmayillıda

0

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ismayıllı rayonununda istirahət mərkəzinin ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 55 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Muradov Ramin Mehman oğlunun suda batması haqqında məlumat daxil olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq R.Muradovun cəsədini batdığı yerdən 8 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil verib.

 

Əməliyyat saat 18:01-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar