23 yaşlı oğlanın motosikletini oğurladılar
23 avqust 2015 13:14 (UTC +04:00)

23 yaşlı oğlanın motosikletini oğurladılar

0

Bakının Səbail rayonunda motosiklet oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə H.Z.Tağıyev küçəsində (Fransa səfirliyinin yaxınlığı) baş verib. 1992-ci il təvəllüdlü Şirinli Nihat Mahir oğlu özünə məxsus olan qara rəngli “Zontes”i küçədə saxlayıb. Bir müddət sonra geri qayıtdıqda o, motosikletinin oğurlandığını görüb.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində motosikletin Neftçala sakini Şükürxan Paşayev tərəfindən oğurlanması müəyyən edilib və o tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 183

Oxşar yazılar